“Fitch”: Qarabağda baş verənlər Azərbaycanda depozit bazasına təsir etməyəcəkbackend

“Fitch”: Qarabağda baş verənlər Azərbaycanda depozit bazasına təsir etməyəcək

Həyat qabiliyyəti Reytinqinə (Viability Ratings – VRs) görə, Rusiya “bbb/bb”, Qazaxıstan və Gürcüstan “bb/b” və MDB regionunun digər ölkələri isə “b” kateqoriyasında qərarlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin MDB regionu ilə bağlı açıqladığı hesabatda deyilir.

“Fitch” hesab edir ki, Azərbaycan, Ermənistan və Gürcüstanda məhdud mülkiyyət səbəbindən hökumət və strateji xarici səhmdarların bank sektoruna dəstəyinin təsiri orta səviyyədədir.

“Ukrayna, Belarus və Özbəkistanda isə dəstəyin təsirinin orta səviyyədə olmasının əsas səbəbi yüksək səviyyədə suveren və ölkə riskinin olmasıdır. Ötən illə müqayisədə bu ilin 9 ayında Azərbaycanda depozitlərin həcmi 12 % artıb və oktyabrın əvvəlində Qarabağda baş verənlər depozitlərin azalmasına səbəb olmayacaq”, – hesabatda göstərilir.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*