Fransada polis “Marsel” – “Qalatasaray” matçında baş verən insidentlə əlaqədar 5 nəfəri saxlayıb.
KONKRET.az xəbər verir ki, sentyabrın 30 -da Fransada Avropa Liqası çərçivəsində fransız və türk klubları arasında keçirilən matçda insident yaşanıb. Qalmaqalda azarkeşlər arasında toqquşma baş verib. Buna görə oyun 38-ci dəqiqədə dayandırılıb. Polis gözyaşardıcı qazdan istifadə etməli olub.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə fransız azarkeşlərin PKK və Ermənistan bayraqlarını açmasından sonra baş verib.
Bu arada stadiondan çəkilmiş fotoşəkillərdə Türkiyə və Azərbaycan bayraqları aydın görünür.
Həmin görüntüləri təqdim edirik.
Xuraman Etibarlı
KONKRET.az
