Fransada prezident seçkiləri: Müsəlmanlara düşmən namizəd neçənci yerdədir? – SON NƏTİCƏLƏRbackend

Fransada prezident seçkiləri: Müsəlmanlara düşmən namizəd neçənci yerdədir? - SON NƏTİCƏLƏR

Fransada prezident seçkilərində Emmanuel Makron bütün ölkə üzrə 27,6 faiz səs toplayaraq liderdir.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, artıq  protokolların 97 faizi hesablanıb.

Digər namizədlərin səs faizləri isə belədir:

Sağçı “Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen 23,41 faiz səslə ikinci, solçu “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon isə 21,95 faiz səslə üçüncü yerdədir.

Paytaxt Parisdə Makron 35,33 faiz, Melanşon 30,09 faiz, Erik Zemmur isə 8,16 faiz səs toplayıb. Marin Le Pen 5,54 faiz səslə altıncı yerdədir.

Fransanın metropoliten bölgəsində artıq ikinci tura da namizəd olmayan Melanşon 30,24 faiz səslə birinci, Makron 30,19 faiz səslə ikinci, Marin Le Pen isə 12,97 faiz səslə üçüncü yerdədir.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Xatırladaq ki, namizədlərdən Erik Zemmur müsəlmanlara qarşı kəskin və sərt çıxışları ilə daha çox gündəmə gəlib. Prezident seçilərsə, Fransada hətta  müsəlman adlarının qoyulmasını qadağan edəcəyini də bildirib.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*