Fransanın dünyanı heyrətdə qoyan bəşəri cinayətləri – FAKTLARbackend

Fransanın dünyanı heyrətdə qoyan bəşəri cinayətləri - FAKTLAR

1945-ci ilin 8 may tarixi. Fransa üçün” qurtuluş”, Əlcəzair üçün soyqırım günü. Fransız müstəmləkəsi Əlcəzair, nasist Almaniyası tərəfindən işğal edilən Fransanın qurtuluşu üçün gənclərini müharibəyə göndərdi. Qarşılığında Fransadan yalnız müstəqillik istədi. Fransa təklifi qəbul etdi. Almaniya əlcəzairli əsgərlərin dəstəyi ilə məğlub edildi. Fransanın qələbəsi Əlcəzairdə bayram kimi qeyd olundu. Küçələrə tökülən xalq onlara verilən müstəqillik sözünün tutulacağını düşünərək təntənəli yürüşlər keçirdi. Ancaq Fransa, verdiyi sözü tutmadı. Yürüşə qatılan xalqın üzərinə işğalçı fransız əsgərləri tərəfindən atəş açıldı. Qətliam günlərlə sürdü. Günahsız insanlar evlərindən çıxarılaraq güllələndi. Kəndlər və qəsəbələr bombalarla yerlə bir edildi. Fransız əsgərləri təxminən 45 min əlcəzairlini qətlə yetirdi. Qadın, uşaq, yaşlı, gənc demədən on minlərlə əlcəzairli fransız əsgərlərinin güllələrinə tuş gəldi.

Əsgərlər yolda qarşılarına çıxan əlcəzairliləri öldürürdü. Bununla kifayətlənməyən fransız əsgərlər əlcəzairli müsəlman qadınlara təcavüz etdi. Qətlə yetirilən on minlərlə əlcəzairli şəhərdən kənarda nəhəng quyularda basdırıldı. Bir qismi isə yük maşınlarına doldurularaq əhəng sobalarında yandırılmağa aparıldı. Əlcəzairlilərin cəsədləri nasist sobalarına bənzəyən ölüm sobalarında yandırıldı. 1945-ci il Fransanın tarixində utanc ili kimi həkk olundu. Əlcəzair hökuməti Fransa hökumətindən qətliam barədə dəfələrlə üzr tələb etməsinə baxmayaraq, Fransa bu tələbi yerinə yetirmir.

Ruanda Araşdırma Komissiyasının hazırladığı 500 səhifəlik hesabatda Fransanın bu ölkədə 1994-cü ildə törətdiyi soyqırım haqqında təfsilatı ilə yazılırdı. Bu hesabatdan sonra BMT 1994-ci ilin iyun-avqust aylarında Ruandada 800 min tutsi və hutunun ölümü ilə nəticələnən soyqırım haqqında bir araşdırma komissiyası qurdu. Hesabat Fransa və Avropada bomba effekti yaratdı. Türkiyəni hər fürsətdə saxta “erməni soyqırımı” ilə suçlayan Fransanın Ruandada soyqırıma dəstək verdiyi, fransız əsgərlərinin bu qanlı prosesdə iştirakı faktlarla üzə çıxdı. Komissiya hesabatında Ruanda hökumətindən Fransa dövlətinə qarşı beynəlxalq qurumlarda cinayət işinin açılması tələb edilirdi. Fransa müxtəlif üsullarla Ruanda hökumətinə təzyiqlər göstərərək sözügedən soyqırıma rəsmilik verilməməsi üçün can atır.

Bundan başqa, Fransanın Afrikada Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun kimi ölkələrdə də qətliamlar törətdiyi məlumdur. Fransızlar bu gündə insanlığa qarşı törədilən cinayətə göz yumur və bu xüsusi ilə türk-islama qarşı olan nifrətindən yaranmışdır.

Rövşən Qasımov, vəkil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*