Gediş haqları da artırılacaq? – Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA backend

Gediş haqları da artırılacaq? - Bakı Nəqliyyat Agentliyindən AÇIQLAMA 

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib:

“Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətiniN artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*