Bir ailənin beş üzvü dəm qazından zəhərləndibackend

Bir ailənin beş üzvü dəm qazından zəhərləndi

Gəncə şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə Gəncə şəhər 4-cü mikrorayon ərazisində qeydə alınıb.

1983-cü il təvəllüdlü T.Nuruşov, həyat yoldaşı 1993-cü ildə anadan olmuş A.Nuruşova, övladları – 2012-ci il təvəllüdlü M.Nuruşov, 2010-cu ildə anadan olmuş A.Nuruşova və uşaqların nənəsi 1966-cı il təvəllüdlü X.Nuruşova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. “Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*