Generallarımız danışmaq vaxtının gəldiyini anlamalıdırlar- Gevorq Gevorqyanbackend

Generallarımız danışmaq vaxtının gəldiyini anlamalıdırlar - Gevorq Gevorqyan

“Müharibəni dayandırmamağın səbəbi siyasi qüvvələrdən qaynaqlanır və bu gün generallarımızın niyə heç nə demədiyini anlamalıyıq. Generallarımız bu gün danışmağa borcludurlar. Çünki, bugünki xalq əleyhinə olan hökumətin hərəkətləri ordunu tamamilə darmadağın etmək və döyüşçümüzü nüfuzdan salmaq məqsədi daşıyır. Generallarımız öz prinsipial mövqeləri ilə bu addımlara qarşı çıxa bilərlər. Bu işdə bir siyasi bəyanat kifayət deyil”.

KONKRET.az xəbər verir ki, bunu hərbi-siyasi lider Gevorq Gevorqyan bu gün jurnalistlərlə görüşündə Cəlal Arutyunyanın yeni vəzifəyə keçməsini şərh edərkən deyib.

O, əlavə edib ki: “Mən ordunun şəffaf olması yanaşmasının əleyhinəyəm. Bugünkü islahatlar düşmənlərimiz üçün aparılır. Çünki səlahiyyətlilərimiz bu gün Türkiyə-Azərbaycan maraqlarına xidmət edir. Bunu dəfələrlə demişəm. Və səlahiyyətlilərimizin addımları daim ağalarına xidmət etmək məqsədi daşıyır. İndi generalların sözü çox vacibdir. Əminəm ki, Müdafiə Nazirliyimizin generallarının ləyaqəti var və onlar danışmağın vaxtının gəldiyini anlamalıdırlar”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*