Gizli ər, bahalı daşınmaz əmlak – General-mayor Mariya Kitayeva kimdir? – FOTOLARbackend

Gizli ər, bahalı daşınmaz əmlak - General-mayor Mariya Kitayeva kimdir? - FOTOLAR

Jurnalistlər Sergey Şoyqu ətrafında olan gənc və yaraşıqlı generalların keçmişini araşdırmaqda davam edirlər. Bu dəfə Mariya Kitayeva medianın hədəfinə çevrilib. Jurnalistlər biraz eşələyərək çox sayda maraqlı faktlar tapa biliblər: gizli ər, bahalı daşınmaz əmlak və şübhəli ailə biznesi.

Mariya Kitayeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Qızın uğurlu karyerası o zamandan  başladı. 21 yaşında “Foma Center” Fondunu qurdu. Bu illər ərzində Fond “Foma” jurnalını nəşr etdirdi. Və o illərdə Aleksey Tuzovla evləndi. Cütlük birgə çox uğura imza atdılar. Sonrakı illərdə Kitayevanın karyerası çox sürətlə inkişaf etdi.

“Zvezda” və VGTRK telekanallarında aparıcılıq etdi. Və bir gün bu gözəl xanım məmur kreslosuna sahib çıxdı. Rusiya Müdafiə naziri Sergey Şoyqu Mariyanı informasiya məsələləri üzrə məsləhətçisi postuna təyin etdi. Bir ildən biraz çox işlədikdən sonra, 30 yaşlı məmur-xanım Rusiya Federasiyasının üçüncü dərəcəli aktiv dövlət müşaviri rütbəsi aldı.

Bu status general-mayor rütbəsinə bərabərdir. Bu gün qadın, üç uşağı ilə tez-tez instaqramda fotoşəkil yayımlayır. Lakin uşaqların atasının kimliyini gizlədir. Amma hər halda bu uşaqlar keçmiş ərindən deyil. Çünki onlar uzun illərdir ki, görüşmürlər. Və bu uşaqlar barədə söz düşəndə hamı nədənsə təbəssümlə Sergey Şoyqunu xatırlayır.

Şoyqunun “qadın taboru”nun üzvü general-mayor Mariya Kitayeva haqqında maraqlı söhbətlər gəzir. Məsələn, bu yaxınlarda  Kitayevanın atasının adına Moskvanın ən prestijni yerində bahalı bir mənzil qeydə alınıb. Və yaxud Mariyanın qardaşının adına olan “Vesper” şirkəti son vaxtlar Moskvada əsasən dövlət sifarişlərini həyata keçirir. Hazırda şirkət paytaxtın mərkəzindəki tarixi binaların yenidən qurulması ilə məşğuldur. Kitayevanın anası, eyni zamanda paytaxtdakı müxtəlif qalmaqallar və əmlak fırıldaqçılığı ilə əlaqəli adamdır.

Çünki o uzun illər şəhər Bələdiyyə sədrinin müavini Vladimir Resinin ofisində işləyib. Bir sözlə, Şoygunun “qadın taboru”nun  35 yaşındakı üzvü general-mayor Mariya Kitayeva bu gün karyerasının zirvəsindədir. Eyni zamanda, yaxınlarının əli ilə biznes imperiyası qurmaq yolunda inamla addımlayır. Təbii ki, gənc qadının sürətli karyera yüksəlişini onun gözəlliyi və Şoyqu ilə əlaqələri ilə bağlayırlar.

Xatırladaq ki, Rusiya Müdafiə naziri Sergey Şoyqunun “qadın taboru”nun daha bir üzvü 26 yaşında general-mayor rütbəsi alan Rosiyana Markovskaya haqqında da bir müddət əvvəl  söz-söhbətlər yayılmışdı.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*