Gömrük, Vergi və bu kimi sahələrdə çalışanların xüsusi rütbə və forma daşımasına ehtiyac varmı? – AÇIQLAMAbackend

Gömrük, Vergi və bu kimi sahələrdə çalışanların xüsusi rütbə və forma daşımasına ehtiyac varmı? - AÇIQLAMA

Azərbaycanda metropoliten işçilərindən tutmuş, Gömrük və Prokurorluq əməkdaşlarına, hətta veterinarlara qədər müxtəlif peşə sahibləri xüsusi forma geyinərək rütbə daşıyır. Lakin dünya praktikasına nəzər saldıqda, bu cür sistemin heç bir ölkədə olmadığını görə bilirik. Məsələn qardaş Türkiyədə  bu cür peşə sahələri hərbi rejimdən çıxarılaraq mülkiləşdirilir. Yalnız dövlətin milli təhlükəsizliyinə, ictimai asayişə və sərhədlərinin müdafiəsinə cavabdehlik daşıyan peşə sahiblərinin xüsusi rütbə daşıması və fərqli geyimdə xidmət etməsi məqsədəuyğun hesab olunur. Gömrük, vergi, prokurorluq, məhkəmə və digər bu kimi sahələrdə çalışan insanların hərbi rütbə daşımaları isə məqbul sayılmır. Bu barədə tanınmış jurnalist Azər Cabbarovun sosial şəbəkə hesabında paylaşdığı fikirlər birmənalı qarşılanmayıb və marağa səbəb olub. Tanınmış jurnalist bunu səngərlərdə düşmənlə ölüm-dirim savaşı aparan qəhrəman hərbçilərin, cinayətkarlarla mübarizədə olan polislərin, ölkənin milli təhlükəsizliyinə cavabdeh insanların peşə nüfuzuna hörmətsizlik kimi xarakterizə edib.

Bəs görəsən bu peşə sahiblərinin hərbi rütbə alması və xüsusi geyim daşıması nə dərəcədə düzgündür? Ümumiyyətlə buna ehtiyac varmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, bir neçə il əvvəl SOCAR-ın işçilərinə, o cümlədən özəl müəssisələrdə çalışan mühafizəçilərə də xüsusi formalar və rütbələr verilirdi: “Bu, çox ciddi şəkildə tənqidə səbəb olurdu. Ali təhsili olmayan şəxslərə yüksəs rütbə verilirdi ki, bu da hərbidə can qoyan, 7-10 il təhsil alan şəxslərə qarşı hörmətsizlik idi. Qeyri-qanuni xarakter daşıyan bu hallar tənqidlərdən sonra ləğv olundu. Hansısa fərqləndirici  formadan meşəbəyilər, dəmiryolunda çalışanlar da istifadə edir. Həmin şəxslər öz rütbələri ilə öyünür. Amma rütbə əldə etmək üçün çox çalışmaq, əziyyət çəkmək lazımdır. Bu problem əsasən da Gömrükdə yaşanır. Belə ki, Kəmaləddin Heydərov vəzifəyə gəldikdən sonra rəhbərlik etdiyi strukturda çalşanların birinə general, digərinə polkovnik rütbəsi verib. Təbii ki bunların hər biri ləğv olunmalıdır”.

Ermənistan və Rusiya birgə cavab verəcək: “Qarabağda antiterror  əməliyyatları qaçılmazdır” - VİDEO | KONKRET

Tərlan Eyvazov əlavə edib ki, bu şəxslərin hamısı sıradan bir məmurdur və onlar xüsusi maaş almamlıdır: “Fərqləndirilən formalardan istifadə oluna bilər. Lakin bu da güc nazirliyində çalışanlara şamil edilməlidir. Güc nazirlikləri də yalnız polkovnikə qədər rütbə verə bilər. General-mayor, general rütbəsini isə sadəcə Prezident, Ali Baş Komandan verir. Sovet dövründən qalan bu hal dəyişilməli və aradan qaldırılmalıdır. Onu da qeyd edim ki, heç Sovet dövründə də adi mayora general rütbəsi verilmirdi. Özəl müəssisələrdə və şirkətlərdə bunlar öz-özlüyündə ləğv oluna bilər. Amma Gömrük və bu kimi digər qurumlarda sözügedən məsələni qaydaya salmaq üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. Nazirlər Kabineti tərəfindən məsələ həll oluna bilər. Qanun dəyişilməli və mövcud məsələ buna uyğun həllini tapmalıdır”.

Arifə Kərimzadə,

KONKRET.az

  • Aslan
    Avqust 15, 2022 - 22:14

    Sovetlərdən qalma ənənədir bütün dövlət işçiləri hərbi uniforma geyinir, demokratik qərb ölkələrində müdafiyə naziri belə sivil geyinir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*