Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.
“Toyota Prado” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Prado” yoldan çıxaraq kənara düşüb.
Hadisə nəticəsində rayon sakinləri – 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıb.
Yaralılar təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.//APA
