Gürcü Baş nazir Ermənistanda Qarabağdan DANIŞDIbackend

Gürcü Baş nazir Ermənistanda Qarabağdan DANIŞDI

“Qarabağla bağlı sülh danışıqlarına və dialoqa alternativ yoxdur”.

KONKRET.az  “Armenian News”a istinadla xəbər verir ki, bunu mayın 12-də İrəvanda Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla birgə brifinqdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

“Gürcüstan Qarabağ məsələsində sülh danışıqlarına alternativin olmadığına əmindir və regional dialoqu təşviq etməyə hazırdır. Gürcüstan və Ermənistan öz tarixi, orijinal mədəniyyəti və maraqlı ənənələri ilə seçilir. Ölkələrimizin gələcəyi güclü dövlət təsisatları, demokratiya, şəffaf idarəetmə, iqtisadi tərəqqi və yenilik sayəsində gücləndiriləcək bu dəyərlər üzərində qurulmalıdır”.

Qaribaşvili qeyd edib ki, bütün bunlara yalnız sülh və regional sabitlik şəraitində nail olmaq mümkündür. “Bir tərəfdən – koronavirus epidemiyası, digər tərəfdən – Qarabağdakı müharibə, əlbəttə ki, bütün bölgə üçün ciddi çətinliklərə səbəb olub. Düşünürəm ki, sülh danışıqlarına və dialoqa alternativ yoxdur”, — deyə siyasətçi vurğulayıb.

Baş nazir Gürcüstanın hər zaman Cənubi Qafqazda dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək tərəfdarı olduğunu söyləyib və bu kursun gələcəkdə də davam edəcəyini vurğulayıb. “Biz regional dialoqu asanlaşdırmağa, iqtisadiyyatı, ticarəti və digər humanitar məsələləri inkişaf etdirməyə hazırıq. Gürcüstan xalqı sabitlik, sülh və demokratik dəyərlərin möhkəmlənməsi naminə Avropa və Avroatlantik inteqrasiya yollarını seçib”.

  • Nozami
    May 14, 2021 - 20:04

    Ermənilər bu torpaqlara gəlmədir və onların buralarda heç bit tarixi və mədəni mövzularda danışmaq haqqları yoxdur, Qaribaşvili bu mövzunu Azərbsycanla müzakirə edə bilər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*