Gürcüstan “erməni soyqırımı”nı tanımadığını belə GÖSTƏRDİbackend

Gürcüstan "erməni soyqırımı"nı tanımadığını belə GÖSTƏRDİ

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistana dünənki rəsmi səfəri çərçivəsində Yerevanda uydurma erməni soyqırımına həsr olunan Tsitsernakaberd memorial kompleksini ziyarət edib.

KONKRET.az xəbər verir ki, Gürcüstanın hökumət Administrasiyasının bununla bağlı rəsmi məlumatında soyqırımı sözü qeyd olunmayıb.

Məlumatda hökumət başçısının 1915-ci ildə həlak olan ermənilərin xatirəsini yad etdiyi bildirilib. Bu, Gürcüstanın qondarma soyqırımı tanımadığını bir daha sübut edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*