Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
KONKRET.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasına yekun vurarkən deyib.
“De-fakto, biz artıq strateji tərəfdaş idik. Bu gün demək olar ki, bu reallıq rəsmiləşib. Bu gün biz rəsmi olaraq strateji tərəfdaşlıq sazişi imzaladıq”, – Qaribaşvili bildirib.
