Gürcüstan Müdafiə Nazirliyi ABŞ-a CAVAB VERDİbackend

Gürcüstan Müdafiə Nazirliyi ABŞ-a CAVAB VERDİ

“Amerika tərəfinin birgə təlimləri təxirə salmasına baxmayaraq, Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlıq formatları davam edəcək”.

KONRET.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, ABŞ və Gürcüstan Müdafiə Nazirliklərinin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formatları mövcuddur:

“Təlimlərin təxirə salınmasına baxmayaraq, yuxarıda göstərilən formatlar, o cümlədən “Agile Spirit 2025” çoxmillətli təliminə hazırlıq davam edir”, deyə bəyanatda qeyd olunur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*