Gürcüstan müxalifəti parlamenti boykot etdibackend

Gürcüstan müxalifəti parlamenti boykot etdi

Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.

KONKRET.az xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.

“Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.

“Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.

Beləliklə, qanunverici orqanı bütün müxalifət partiyaları boykot edib (report).

Bundan öncə “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları, ardınca Gürcüstanın müxalif “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyi, həmçinin  “Lelo” və “Qirçi” partiyaları da qanunverici orqanda təmsilçilikdən imtina etdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku seçkilərdə 27,14% (35 mandat), “Lelo” 3,15% (4 mandat), “Qirçi” isə 2,89% səs (4 mandat) əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*