Gürcüstanda Aİ-nin bayrağının yandırılması faktı ilə bağlı cinayət işi başlandı – VİDEObackend

Gürcüstanda Aİ-nin bayrağının yandırılması faktı ilə bağlı cinayət işi başlandı - VİDEO

Gürcüstanda Avropa İttifaqının bayrağının təhqir olunması faktı ilə bağlı cinayət işi başlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb. Bildirilir ki, Daxili İşlər Nazirliyi bu gün parlamentin qarşısında baş verən insidentlə bağlı inzibati icraata başlayıb.

Agentlik parlamentin yanında keçirilən aksiya iştirakçılarını qanuni toplaşmaq və ifadə azadlığından kənara çıxmamağa çağırıb.

“Daxili İşlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinin 174-cü (18-ci prima) maddəsi əsasında Avropa İttifaqının, Şimali Atlantika Müqaviləsi Təşkilatının və ya digər dövlətin rəsmi simvolunun təhqir olunmasını nəzərdə tutan inzibati xəta ilə bağlı iş başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozuntusunu törədənləri müəyyənləşdirib cərimələyirlər.

Daxili İşlər Nazirliyi Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanın iştirakçılarını qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa, ictimai asayişin normalarına riayət etməyə və polisin qanuni tələblərinə tabe olmağa çağırır.

Hər bir qanun pozuntusu faktının qarşısı polis tərəfindən dərhal alınacaq və ciddi hüquqi cavab veriləcək”, – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*