Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insidentbackend

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində İNSİDENT

Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlıların yaşadığı Qabal kəndində insident olub.

KONKRET.az xəbər verir, hadisə zamanı gəncə soyuq silahla xəsarətlər yetirilib.

Yerli sakinlərin sözlərinə görə, insidentdən öncə mübahisə baş verib.

Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər həyata keçirilir.

Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında qonaqla mübahisə etdiyi bildirilir. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*