Hacı Əliyev: “Rəqib güləşə zidd hərəkətlər çox edirdi, kəllə atırdı, cırmaqlayırdı” – FOTObackend

Hacı Əliyev: “Rəqib güləşə zidd hərəkətlər çox edirdi, kəllə atırdı, cırmaqlayırdı” - FOTO

“Final üçün hər şeyi düz qurmuşdum. Rəqib fiziki cəhətdən çox zəif idi, bunu hiss edirdim. Ancaq son saniyələrdə ayağıma girməsi həlledici oldu. Halbuki daha əvvəl həmin ayağıma girməsinə imkan verməmişdim”.

KONKRET.az-ın xəbərinə görə, bunu Rio Olimpiadasında bürünc, Tokio Olimpiadasında gümüş medal qazanan sərbəst güləşçi Hacı Əliyev deyib.

O, yaponiyalı Takuto Otoquroya finalda 4:5 hesabı ilə uduzmasından danışıb:

“Mənə elə gəlir ki, rəqib heç nədən zədəni əsas gətirib görüşü saxlayırdı. Bir də güləşə zidd hərəkətlər çox edirdi, kəllə atırdı, cırmaqlayırdı. Məncə, bu Olimpiya medalı üçün əlimdən gələn hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Deməli, qismətimizdə gümüş medal qazanmaq varmış”.

O daha sonra son saniyələrdə hakimlərin ona qarşı ədalətsiz olmadığını vurğulayıb:

“İstəmərəm ki, ədalətsiz danışım. Məncə, son saniyələrdə hakimlərin verdiyi qərar düzgün idi. Ancaq rəqib sona yaxın qaçırdı, güləşmirdi. Mən də yenə qələbə üçün əlimdən gələni etdim və bir xal fərqi ilə uduzdum. Güləşdə olan missiyamı yerinə yetirdim. Bəlkə də bu, mənim son Olimpiya yarışımdır. Heyfsilənmirəm. Məndən fərqli olaraq, medal qazanmayan idmançılarımız da var. Buna da şükür olsun”.

 

  • Omer
    Avqust 7, 2021 - 17:52

    Yaxsi neticedi. Sizi tebrik edirik. Elbetdeki reqib zeif idi. Amma zize yardim daha Cox oldu. Hemde mesqicinin yardim zamani telesmemek ucun gosterisini esitdik. Ana dilimizde. Sizde ugurlar. Qizila beraber gumusdu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*