Hacıqabulda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum oldu – FOTObackend

Hacıqabulda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum oldu - FOTO

Biləsuvar rayonunda yerləşən Cəbrayıl köçkün qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Qərib Məmməd oğlunun idarə etdiyi “Xəzər” markalı 14 BF 094 dövlət nömrə nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq qəza törətməsi nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

KONKRET.az-ın məlumatına görə, hadisə nəticəsində avtomobildə olan sərnişinlər İmişli sakini, Mirqaim Tağıyev və sürcünün həyat yoldaşı, Cəbrayıl sakini, 1977-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı hadisə yerində ölüblər. Sürücü yüngül xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*