Hacıyev Bərdə hücumları ilə bağlı BMT-yə çağırış etdibackend

Hikmət Hacıyev Bərdə hücumları ilə bağlı BMT-yə çağırış etdi

Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanln dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi.

Konkret.az  xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

Hikmət Hacıyev YUNİSEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*