Hadi Rəcəblinin ölümü ilə bağlı oğlundan AÇIQLAMA: “Çox yaxşı idi, qəfildən…”backend

Hadi Rəcəblinin ölümü ilə bağlı oğlundan AÇIQLAMA: "Çox yaxşı idi, qəfildən..."

“Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.

KONKRET.az xəbər verir ki, bunu sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.

O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.

Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub. (Bizim.Media)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*