Hadruta hücum: yolu kəsib 80-ə yaxın düşmən hərbçisini məhv etdilər…backend

Hadruta hücum: yolu kəsib 80-ə yaxın düşmən hərbçisini məhv etdilər...

44 günlük Vətən müharibəsində Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.

Hadrutun azad edilməsi düşməni xeyli dərəcədə sarsıtdı, Ermənistan Müdafiə Nazirliyi uzun müddət qəsəbənin Azərbaycan ordusunun nəzarətinə keçməsini etiraf etməkdən çəkindi.

Qeyd edək ki, Hadrutun azad edilməsi barədə o zaman ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi.

 

KONKRET.az Hadrut döyüşlərinin iştirakçısı, xüsusi təyinatlı qüvvələrin döyüşçüsü, 10 nəfərlik qrupla düşməni pusquya salıb 80-dən çox canlı qüvvəsini məhv edən, daha sonra ağır yaralanan İlkin Rüstəmlinin hekayəsini onun öz dilindən təqdim edir: (virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*