Həkimlər məcburi hərbi xidmətə cəlb ediləcək – ŞOK QƏRARbackend

Həkimlər məcburi hərbi xidmətə cəlb ediləcək - ŞOK QƏRAR

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanda hökumətin bu gün keçirilən iclasında  “2019-cu il çağırışçı zabitlərin məcburi hərbi xidmətdən azad olunmasının elan edilməsi haqqında” qərar layihəsini təsdiqləyib. Qərar layihəsini müdafiə naziri Davit Tonoyan təqdim edib.

“Ermənistan Silahlı Qüvvələrinin Ehtiyat Zabitliyində qeydiyyata alınmış 35 yaşınadək kişi həkim-mütəxəssislərin hərbi xidmətə çağırışının 2 illik xidmət müddəti ilə elan edilməsi təklif olunur. Çağırılan zabitlərin sayı 74 həkimə qədər müəyyənləşdiriləcək”.

Bu barədə müdafiə naziri Tonoyan bildirib. Onun sözlərinə görə, nazirlik bu qədər sayda mütəxəssis işə götürə bilmir. Tonoyan hərbi hissələrdə həkim çatışmazlığından şikayət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*