HƏMAS hərəkatının daha bir lideri öldürülüb.
KONKRET.az xəbər verir ki, Fələstin radikal HƏMAS hərəkatının Livandakı qərargahının rəhbəri Fəth Şərif Əbu əl-Əmin öldürülüb.
Bu barədə məlumatı HƏMAS təsdiqləyib. Onun İsrail Müdafiə Qüvvələrinin (IDF) respublikanın cənubundakı Əl-Bas qaçqın düşərgəsindəki evinə endirdiyi zərbə nəticəsində həlak olduğu bildirilir./Publika.az