Honkonqda yeni koronavirus növü ilə yoluxan xəstələrin sayı artıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Qeyd olunur ki, 26 nəfər virus xəstəsi olub.
Çin Xalq Respublikasından gələnlər üçün məcburi iki həftəlik karantin rejiminin olması dəqiqləşdirilib. Beləliklə, tibbi yoxlamadan keçməyənlər altı aya qədər həbs cəzası ala bilərlər.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxan şəhərində pnevmoniya baş verdiyini bəyan edib. Xəstəliyin törədicisi koronavirus “2019-nCoV”un yeni bir növüdür.
Babək Göyüş
KONKRET.az
