İctimai-siyasi eksperiment kimi iki-üç icra başçısı vəzifəyə müsabiqə yolu ilə təyin edilsin! – MÜHÜM TƏKLİFbackend

İctimai-siyasi eksperiment kimi iki-üç icra başçısı vəzifəyə müsabiqə yolu ilə təyin edilsin! – MÜHÜM TƏKLİF

Hər bir vətəndaş Azərbaycanın dinamik inkişafına töhfə verməli, sağlam dövlətçilik baxışları ilə öz mövqeyini ortaya qoymalıdır.

KONKRET.az Trendə istinadən xəbər verir ki, bunu Əməkdar jurnalist, Televiziya Akademiyasının rektoru Faiq Hüsiyev deyib. Jurnalistin sözlərinə görə, son zamanlar bəzi icra hakimiyyəti başçılarının həbs olunması, çoxillik fəaliyyətlərindən sonra bu rəhbər şəxslərin korrupsioner olmalarının üzə çıxması təbii ki, cəmiyyətdə həmin fərdlərə qarşı ikrah hissi oyadır:

“Prezident İlham Əliyevin etimadından sui-istifadə edən bu yüksək rütbəli məmurların xəbərdarlıqlara baxmayargaq, “Dərə xəlvət –Tülkü bəy” prinsipi ilə yaşamalarının acınacaqlı sonluğu əslində bir ölkə vətəndaşı kimi məni də mütəəssir edir:

“Siyasi və iqtisadi islahatlar yolunu tutmuş, yeniləşən Azərbaycan cəmiyyətində bu tipli insanlar nəinki ağır yük idi, eyni zamanda onların cinayətkar əməlləri bütün ölkə ərazisinə ümidsizlik toxumu səpir, ictimai-siyasi imicimizə əsaslı zərbə vururdu. Rəhbər xarizmasından məhrum, “bacarıqlı” icraçılar sadə məntiqlə sonda maskalı oğlanların şikarına ona görə çevrilirlər ki, edilən xəbərdarlıqlara heç bir məhəl qoymadan özlərini xalqın xidmətçisi yox, təhkim olunduqları konkret məkanın toxunulmaz ağası sayırdılar.

Vətənini öz övladı qədər sevən bir insan olaraq düşünürəm ki, belə bir şəraitdə yeni bir ictimai-siyasi eksperimentə ehtiyac var. Təklif edirəm ki, hər hansı bir rayonun icra başçısı müsabiqə yolu ilə vəzifəyə təyin edilsin! Pilot olaraq iki-üç rayona belə yolla başçı qoyulsun! Ən azından istedadlı yeni nəsil idarəçilərimizi müsabiqə boyunca tanıya bilərik.

Eyni zamanda, vətəndaş təşəbbüslərinin, orta-yüksək səviyyəli idarəçilikdə kreativ yanaşmanın şahidi ola bilərik. Unutmaq olmaz ki, yeni dövr bizdən təmamilə yeni yanaşmaları tələb edir! Yeni təfəkkür və yeni düşüncə tərzi əməli işə çevrilməlidir. Bu yanaşma ictimai-sosial həyatımıza yeni bir impuls da vermiş olar. Azərbaycanın son dövrlərdə qazandığı uğurlara, həyata keçirdiyi dəyərli yeniliklərin davamına çevrilə bilər! Dünyamızın indiki reallıqları çevik qərarlar, mütərəqqi addımlar tələb edir ki, ölkəmiz də bu sahədə hazırlıqlı olduğunu dəfələrlə nümayiş etdirib! Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi-siyasi sahədə qazandığı çoxsaylı uğurlar, dünyanın aparıcı reytinq agentlikləri tərəfindən dəfələrlə real rəqəmlərlə göstərilib. Odur ki, ölkəmizin hər bir vətəndaşı dinamik inkişafımıza öz töhfəsini verməli, eyni zamanda mütərəqqi vətəndaş təşəbbüsləri, ictimai nəzarəti, sağlam dövlətçilik baxışları ilə öz mövqeyini ortaya qoymalıdır! Çünki müasirləşən siyasi sistemimiz cəmiyyətimizdəki siyasi ab-havanın nə dərəcədə sağlamlaşdırıldığını göstərir!”.

  • Omer
    May 6, 2020 - 11:24

    Menim fikrimce icra hakimiyyetinin selahiyyetleri azaldilmalidir. Yeni tek aga olmadiglarini hiss etsinler.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*