Rusiya Təhlükəsizlik Şurasının iclasında Şoyqunun dünənki çıxışının montaj olduğu iddia edilir.
KONKRET.az “Moskva Tayms”a istinadla xəbər verir ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə çəkiliş Rusiya Təhlükəsizlik Şurasının iclasından dünənki videoya əlavə edilib. Yəni, Şoyqunun 12 günlük “yoxa çıxması”nı Kreml bu cür təkzib edib. Çıxışın köhnə olduğu və dünənki iclasa “əlavə” edildiyi barədə iddialar isə artır.
Dünənki görüntüləri 11 mart videosu ilə müqayisə etsək görə bilərik ki, Şoyqunun fonu eyni, geyimi eynidir, qırmızı qalstuk isə eyni istiqamətdə hərəkət edib.
Bu gün Kremlin RİA Novosti meiası Şoyqunun Rusiya Təhlükəsizlik Şurasının iclasında göründüyü iddia edilən videonu dərc edib.
Xuraman Etibarlı,
KONKRET.az
