“İdman TV”-dən futbolsevərlərə “sürpriz” – Nəzərdə tutulan vəsait mənimsənilib – İDDİAbackend

"İdman TV"-dən futbolsevərlərə "sürpriz" - Nəzərdə tutulan vəsait mənimsənilib - İDDİA

Məlum olduğu kimi dünən Azərbaycanın futbol azarkeşlər sürprizlə qarşılaşıblar.

KONKRET.az xəbər verir ki, İdman TV-də gözlənildiyi kimi İngiltərə cempionatının oyunlarının nümayişi dayandırılıb. Baxmayaraq ki, kanalın proqramında oyunun nümayişi vaxtı göstərilmişdi.

“Qafqazinfo”nun verdiyi xəbərdə isə deyilir ki, “İdman TV”nin növbəti mövsümdən etibarən İngiltərə Premyer Liqası matçlarını yayımlamayacağı iddia olunur. Sosial şəbəkələrdə yayılan iddialara görə, telekanal hazırkı mövsümün qarşıdakı turlarının matçlarını da yayımlamayacaq. Buna telekanalın maliyyə problemi ilə üzləşməsi səbəb göstərilir.

Məsələ ilə bağlı telekanalın direktoru Rövşən Binnətli qeyd edib ki, sadəcə, bu gün bir matç üçün siqnal gəlməyib.

“Bu məlumatların haradan olduğunu bilmirəm. Amma biz dünən “Liverpul” – “Sauthempton” matçını da yayımlamışıq. Sadəcə bu gün bir matç üçün siqnal gəlməyib. Səbəbini araşdırırıq. Sadəcə görünən odur ki, bizim ödədəyimiz ödənişlər ya bankda yaranan problemdən, ya hansısa səbəbdən onlara çatmayıb. Bu məsələ də hazırda araşdırılır. Rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Çalışacağıq ki, bunu həll edib hər şeyi qaydasına salaq. Amma konkret İngiltərə Premyer Liqası “İdman Azərbaycan” kanalında yayımlanmayacaq deyə bir şey yoxdur. Müqaviləmiz 1 illikdir. 2020/2021-ci illəri əhatə edir. Növbəti mövsümlərdə davam edib-etməcəyimiz rəhbərliyin qərarından asılı olan məsələdir. Hazırkı vəziyyətdə problem odur ki, ödənişlərdə hansısa çətinlik ortaya çıxıb. İş günü olmadığından biz onlarla əlaqə də saxlaya bilmirik. Amma növbəti günlərdə əlaqə saxlayacağıq və hansı problemin olduğunu biləcəyik”.

KONKRET.az-ın apardığı araşdırmalara görə, İdman telekanalı Formula yarışlarını və İngiltərə çempionatın Saran şirkətindən alıb. Lakin ödəmədiyi vəsaitlərə görə telekanalın xeyli borcu yaranıb. Əldə etdiyimiz bir məlumatda deyilir ki, oyunlara görə ödəniləcək pullar “yeyilib”. Araşdırmalarımızda o da bəlli olub ki, heç bir bank ödənişi olmayıb. Bu isə o deməkdir ki, qurum rəhbərliyi bank sistemimizin fəaliyyətinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İdman kanalı yaranandan bu günə kimi belə hadisə olmayıb.

Görünən odur ki, Rövşən Binnətli bu açıqlaması ilə idman ictimaiyyətinin diqqətini əsas problemdən yayındırmağa çalışıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*