Bir neçə gün öncə dəm qazından vəfat edən Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanovanın yeni görüntüsü yayılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxınları Aytən Qurbanovanın iki həftə sonra ana olacağını bildirib.
Fərdi evdə yaşayan cütlük yaxınları tərəfindən evdə ölü tapılıb.
Məlumata görə, A.Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.