Amerika hərbi-sənaye kompleksi yarım əsrdir ABŞ-da xidmətdə olan təkmilləşdirilmiş B61-12 atom bombasının ilk istehsal prototipini Müdafiə Nazirliyinə təhvil verib.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NSNS) məlumat yayıb.
Təkmilləşdirilmiş B61-12-nin 2022-ci ilin mayında tam miqyaslı istehsalına başlanacağı və 2026-cı maliyyə ilində başa çatacağı gözlənilir. Modernləşdirmə zamanı döyüş sursatının gücü xeyli azalıb, lakin yeni quyruq hissəsinin istifadəsi sayəsində dəqiqliyin artması taktiki və texniki xüsusiyyətlərini saxlayıb.
B61 bombası 1968-ci ildən ABŞ ordusunda xidmətdədir, hazırda 3, 4, 7 və 11 versiyaları var.
B61-12 ilk üçünü əvəz etmək üçün nəzərdə tutulub.
