İlon Mask mobil telefondan imtina etdi, Putin “ağıllı adamdır” dedi – TƏFƏRRÜATbackend

İlon Mask mobil telefondan imtina etdi, Putin “ağıllı adamdır” dedi - TƏFƏRRÜAT

“Bir neçə aydan sonra telefon nömrəmi deaktiv edəcəm və yazışmalar, audio və video zənglər üçün yalnız X social şəbəkəsindən istifadə edəcəyəm”.

KONKRET.az xəbər verir ki, İlon Mask mobil rabitədən imtina edəcəyini və sahibi olduğu sosial şəbəkədə ünsiyyətə keçəcəyini açıqlayıb.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə İlon Maskı “ağıllı şəxs” adlandırıb. Rusiya lideri xatırladıb ki, İlon Maska məxsus Neuralink neyrotexnologiya şirkəti bu yaxınlarda insan beyninə implant tətbiq edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Mask X tətbiqinin App Store-da ən çox yüklənən proqramlar arasında birinci olduğunu elan edib. Sahibkar sosial şəbəkənin istifadəçilər arasında populyarlığını itirməyə başladığı barədə iddiaları ələ salıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*