İndoneziya-ABŞ TƏLİMİ – 14 ölkə İŞTİRAK EDƏCƏKbackend

İndoneziya-ABŞ hərbi TƏLİMİ - 14 ölkə İŞTİRAK EDƏCƏK

İndoneziya və ABŞ-ın hər il keçirdiyi ikitərəfli hərbi təlimlərə 14 ölkə qatılacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İndoneziya ordusu açıqlama yayıb.

Açıqlamada avqustun 1-14-də keçirilməsi planlaşdırılan “Garuda Shield 2022” təliminə İngiltərə, Avstraliya, Yaponiya, Malayziya, Sinqapur və Kanada da daxil olmaqla 14 ölkənin qatılacağı bildirilib.

CNN-in xəbərinə görə, təlimdə canlı atış, xüsusi əməliyyatlar və aviasiya vasitələrindən istifadə olunacaq.Təlimə qatılacaq ölkələrdən neçə əsgərin iştirakı barədə məlumat verilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*