İnsanları məhv edərək dünyanı xilas etmək istəyən qorxunc hərəkat haqqında FAKTLARbackend

İnsanları məhv edərək dünyanı xilas etmək istəyən qorxunc hərəkat haqqında FAKTLAR

Bu hərəkatın könüllüləri belə deyir: “Bəşəriyyət tərəfindən milyonlarla heyvan və bitki növünün məhv olmasındansa, tək bir növün – insanlığın könüllü yox olması daha yaxşıdır”.

KONKRET.az VHEMT (İnsan oğlunun nəsli tükənsin hərəkatı) ilə oxucuları tanış edir.

VHEMT – Voluntary Human Extinction Movement hərəkatı 1991-ci ildə yaranıb.

Əsasən insanları çoxalmamağa çağıran bu hərəkat üzvləri hesab edirlər ki, təbiətə insan tərəfindən vurulan zərər pik həddə çatıb və buna görə də insanların nəsli tükənməlidir.

VHEMT, Voluntary Human Extinction Movement yani Türkçe çevirisiyle İnsanoğlunun Nesli Tükensin Hareketi 1991'de başladı.

Hərəkatın qurucusu Les U. Knighta görə, dünyadakı hər kəs bu hərəkatın lideridir.

Hərəkatın manifestini özündə cəmləşdirən veb saytda da bu hərəkatın heç bir zaman təşkilat kimi tərif edilməməsinin lazım olduğu bildirilir. Onlara görə hərəkat Yer üzündə yaşayan və bu həyata əhəmiyyət verən insanlar tərəfindən başlayıb.

Hareketin kurucusu olan Les U. Knight bu harekete sadece isim verdiğini söylüyor. Çünkü hepimiz bu hareketin birer lideriyiz ona göre.
Hərəkatı tətikləyən faktlar əslində hamımızı narahat edir və etməlidir. Hərəkatın könüllülərinin ortaya qoyduğu tezis olduqca ciddi və ağırdır. Bu hərəkatın könüllülləri “Bəşəriyyət tərəfindən milyonlarla heyvan və bitki növünün məhv olmasındansa, tək bir növün – insanlığın könüllü yox olması daha yaxşıdır” – deyir.

Lakin burada incə bir məqam var. Hərəkatın könüllüləri insanlığın yox olmasını dedikdə bəşəriyyətin məhv olmasını nəzərdə tutmurlar. Onların demək istədikləri insanların kütləvi şəkildə çoxalmaqdan, törəməkdən imtina etməsidir.

Bir çox insan bu fikirlərin bir məcazi mənada olduğunu anlasa da, kinayə və qərəzli şəkildə deyildiyini düşünənlər də var.

Hərəkat könüllüləri insanların güc sahibi olmaq üçün atdıqları addımlara etiraz edirlər. Heç bir kütləvi qətlin tərəfdarı deyillər, bu cür təşkilatların və fikirlərin əleyhinədirlər. Onları dinləyərkən “İnsanlıq ölməyib!” deyə bilərik, amma onlar insanların ölməsini istəyirlər…

Want to join the Voluntary Human Extinction Movement?

Bu hərəkata qoşulmağın əsas şərtini “beynindəki düşüncələri dəyiş” kimi izah edirlər.

Onlara qoşulmaq istəyənlər üçün əsas şərtləri budur ki, uşaq sahibi olmaqdan imtina edəsən. Bunun asan bir qərar olduğunu düşünmürlər, ancaq hesab edirlər ki, fərdi fədakarlıq olmadan dəyişikliyin mümkün deyil.

Turan Oruc

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*