KONKRET.az bildirir ki. “Facebook” səhifələrində olduğu kimi indi İsntaqramda da paylaşımları planlaşdırmaq mümkün olacaq.
Xüsusən sosial media menecerlərinin işini asanlaşdıracaq yenilik bu gün Feysbukun Beynəlxalq Yayım Müqaviləsi çərçivəsində ictimaiyyətə açıqlanıb. Dəyişiklikdən bütün şəbəkə istifadəçiləri yararlana bilərlər.
Bəs bunu necə etmək olar? Bunun üçün Feysbukda qeydiyyatda olmaq vacibdir. Ardınca İnstaqram səhifənizi açıb “Paylaşım yarat” menyusunu seçmək lazımdır. Burada qarşınıza “Zamanla” seçimi çıxacaq və bu seçimlə paylaşımı istənilən tarixə planlaşdıra bilərsiniz.
