İqor Strelkov: “Azərbaycan son hərbi uğurları fonunda məqsədindən geri çəkilməyəcək”backend

İqor Strelkov: "Azərbaycan son hərbi uğurları fonunda məqsədindən geri çəkilməyəcək"

“Türkiyənin dəstəklədiyi Azərbaycan Ermənistana hücum etmək istəmir. Ancaq çətin ki, məqsədindən – Dağlıq Qarabağa bitişik yeddi bölgəni geri qaytarmaq fikrindən dönsün, eyni zamanda Dağlıq Qarabağ üzərində nəzarəti tərk etsin. Xüsusilə son hərbi uğurları fonunda”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmamış Donetsk Xalq Cümhuriyyətinin keçmiş müdafiə naziri İqor Strelkov bildirib.

O, hesab edir ki, Rusiya heç bir halda regional münaqişəyə cəlb olunmayacaq.

Strelkov bir həftə əvvəl verdiyi proqnozunu təkrarlayıb: “Stepanakert (Xankəndi-red), Şuşa və Laçın şəhərlərinin azərbaycanlılar tərəfindən ələ keçirilməsi “Artsax”ın (separatçı rejim nəzərdə tutulur – red) süqutu deməkdir, çünki Şuşanın şərqindəki erməni qruplaşması mühasirəyə alınacaq. İndiyə qədər Laçın dəhlizi bölgəsində və Şuşanın yaxınlığında şiddətli döyüşlər davam edir”.

Rus hərbi analitikinin fikrincə, Azərbaycanın payız əks-hücumunun uğuru əsasən Bakı ilə İrəvan arasındakı hərbi qüvvələrin müqayisəsi ilə müəyyən edilir. Say və texniki təchizat baxımından Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat üstündür.

Bundan əlavə, Ermənistan və separatçı qurumun yaraqlıları əhəmiyyətli taktiki səhvlərə yol veriblər. Ona görə də Azərbaycan Ordusu tərəfindən keçmişdə özünü doğrultmuş müdafiə sistemi demək olar ki, tamamilə darmadağın edilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*