İran ABŞ-la “nüvə sazişi”nə HAZIRDIR – XİNbackend

İran ABŞ-la "nüvə sazişi"nə HAZIRDIR - XİN

İran ABŞ-la “nüvə sazişi”nə hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Livanda rəsmi səfərdə olan İranın xarici işlər naziri Əmir Abdullahian deyib. O, İranın ABŞ-la nüvə razılaşmasına hazır olduğunu bildirib.

Abdullahian Suriya səfərini başa vurduqdan sonra Livana gedib və orada Livanın xarici işlər naziri Abdullah Buhabib ilə danışıqlar aparıb.

İranlı nazir qeyd edib ki, “nüvə sazişi” bütün regionun maraqlarına xidmət edəcək.

“Biz ABŞ-la razılaşmaya hazırıq, lakin bizim qırmızı xətlərimiz nəzərə alınmalıdır”, – nazir deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*