“İran qollarını ona görə çırmalayıb ki…” – Bakıdan sonra Moskvaya uçan Zərif nəyə nail olmaq istəyir?backend

“İran qollarını ona görə çırmalayıb ki...” – Bakıdan sonra Moskvaya uçan Zərif nəyə nail olmaq istəyir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək. Görüşdə əsas müzakirə mövzularından birinin də Dağlıq Qarabağ məsələsinin olacağı bildirilir. Xatırladaq ki, İran XİN rəhbəri bir gün öncə Bakıda səfərdə olmuş və rəsmi şəxslərlə müxtəlif səviyyəli görüşlər keçirmişdi.
Maraqlıdır, Məhəmməd Cavad Zərifin Rusiya səfərindən umacaqları nədir. İki qonşu ölkə Qarabağla bağlı hansı məsələni müzakirə edə bilər?
KONKRET.az xəbər verir ki, Politoloq Natiq Miri sözügedən görüşdən gözləntiləri ilə bağlı Sfera.az-a danışıb. O hesab edir ki, indi İranın başlıca hədəfi ABŞ sanksiyalarını kompensasiya etməkdir və Zərifin səfərlərini də bu aspektdən dəyərləndirmək lazımdır:
“İranın xarici işlər naziri Məhəmməd Zərifin region ölkələrinə səfəri bir növ əməkdaşlıq kontekstində baş verir. Zərifin Rusiya,Türkiyə və Ermənistana səfəri nəzərdə tutur ki, bu da Vətən müharibəsindən sonra regionda tamamilə fərqli geosiyasi mənzərənin yaranmasından formalaşan bir şəraitdir və İran bundan istifadə etmək istəyir.
Bundan başqa, Türkiyə prezidenti Ərdoğanın regional əməkdaşlıq formatında platforma təşəbbüsü var ki, təbii olaraq İran da bundan yararlanmaq niyyətindədir. ABŞ-ın sanksiyalarından böyük zərər görən İran bu regional əməkdaşlıq formatında itkilərini kompensasiya etməyi düşünür. Digər tərəfdən, regionda yeni kommunikasiya sistemləri fəaliyyətə başlayır. Bu da həm ticari, həm də iqtisadi yöndə İrana böyük qazanclar vəd edir. Söhbət Şimal, Cənub dəhlizi, eyni zamanda Şərq və Qərb dəhlizindən gedir”.
Politoloq İran tərəfinin yaranmış yeni situasiyaya adaptasiya olmaq cəhdlərində bulunduğunu düşünür:

“Paralel olaraq dəmiryollarının yenidən inşa məsələsi var ki, bunun da içinə Mehri dəhlizinin açılması planları daxildir. Bu konteksdə İran-Azərbaycan, İran-Ermənistan İran-Rusiya dəmiryolları xəttlərinin fəaliyyəti nəzərdə tutulur ki, bu da əlbəttə ki, İran üçün çox əhəmiyyətli perspektiv vəd edir. Bu baxımdan görünən odur ki, İran qollarını çırmalayıb və bütün region ölkələrinə səfər etməklə fürsətdən maksimum şəkildə yararlanmaq istəyir ki, İrana qarşı olan sanksiyaları kompensasiya edə bilsin. Təbii olaraq bu konteksdə Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilir və bu da normal haldır. Çünki bütün bu əməkdaşlığın inkişafı üçün əsas meyar Qarabağ probleminin həllidir. İran xarici işlər naziri bu yöndə çox ciddi fəaliyyətə başlayıb və etdiyi səfərlərlə qarşıdakı əməkdaşlığın önünü açmaq istəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*