İran rejiminin daha bir biabırçılığı – Azərbaycan Prezidentinin adını… – VİDEObackend

İran rejiminin daha bir biabırçılığı - Azərbaycan Prezidentinin adını... - VİDEO

İranın XİN rəhbəri Abdullahian İlham Əliyev barədə danışarkən onun adını “Rəhman Əliyev” deyib.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Abdullahian çıxışı zamanı Azərbaycan Prezidentinin adını düz deməyib.

Sosial şəbəkələrdə Abdullahianın müsahibədə qəsdən “Rəhman Əliyev” ifadəsi işlətməsi ilə bağlı versiyalar yayılıb.


Savadsızlığı ilə kifayət qədər diqqət çəkən və ələ salınan İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Respubkikası ilə bağlı televiziya müsahibəsində da öz siyasi savadsızlığını bir daha ortaya qoyub.

O, Azərbaycan Prezidenti İlham Əliyev barədə danışarkən onun adını “Rəhman Əliyev” deyib.

Bir ölkənin Prezidentinin adını bilməyən, yalnız “Sepah”ın “Qüds Qüvvələri” və onun öldürülmüş sabiq komandanı Qasım Süleymani ilə yaxın əlaqələrinə görə postunda yüksələn Abdullahianın Azərbaycana qarşı səsləndirdiyi bu ittihamlar və cəfəngiyat doğru ola bilərmi?

Müsahibədən həmin hissəni təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

  • Zaur
    Noyabr 29, 2021 - 15:28

    Bu lap doquludur ki

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*