İranda “donuz qripi”ndən ölənlərin sayı 114 nəfərə çatdıbackend

İranda "donuz qripi"ndən ölənlərin sayı 114 nəfərə çatdı

İranda A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.

KONKRET.AZ xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin yolxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani deyib.

Onun sözlərinə görə, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*