İranda müharibə uzun sürəcək – Tramp Pentaqona göstəriş verdibackend

İranda müharibə uzun sürəcək - Tramp Pentaqona göstəriş verdi

ABŞ Mərkəzi Komandanlığı Pentaqondan İrana qarşı əməliyyatları dəstəkləmək üçün əlavə kəşfiyyat personalı tələb edib.

KONKRET.az xəbər verir ki, Politico-nun xəbərinə görə, bu, minimum 100 gün, ehtimal ki, sentyabra qədər davam edə bilər.

Məlumata görə, söhbət ABŞ-ın Yaxın Şərqdə əməliyyatlarını koordinasiya edən Tampa (Florida ştatı) şəhərindəki qərargaha əlavə kəşfiyyat zabitlərinin göndərilməsindən gedir.

Politico vurğulayır ki, bu, administrasiyanın İrana qarşı müharibə ilə bağlı kəşfiyyat personalını genişləndirmək üçün verdiyi ilk açıq sorğudur. Bu isə əməliyyatın Trampın əvvəlcə açıqladığı dörd həftəlik müddətdən xeyli uzun davam edə biləcəyini göstərir.

Qəzet əlavə edir ki, personal və resursların təcili artırılması Tramp komandasının İsraillə birlikdə başladığı müharibənin geniş miqyaslı nəticələrini tam proqnozlaşdıra bilmədiyini göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*