İranda şeytana itaət edən 135 nəfər saxlanıldıbackend

İranda şeytana itaət edən 135 nəfər saxlanıldı

İranın paytaxtı Tehranın Dəməvənd bölgəsinin baş prokuroru İbrahim Besabi, ölkədə 135 nəfərin şeytana ibadət etdiyi üçün saxlanıldığını açıqlayıb. Besabi Tasnim Xəbər Agentliyinə bildirib ki, onlar arasında həm kişilər, həm də qadınlar var.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılanlardan 7-si həbs olunub, digərləri isə şərti azadlığa buraxılıb.

Besabi həmçinin sinir sisteminə təsir edən maddələr, döymə materialı, bıçaq və müxtəlif həblər ələ keçirildiyini də bildirib.

Oktyabr ayında Elborz əyalət polisi Keçədə satanistlərə məxsus simvollar və əşyalar satan beş nəfərlik şəbəkənin tutulduğunu açıqlayıb.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*