İrandakı zəlzələdə 500-dən çox evə ZİYAN DƏYDİbackend

İrandakı zəlzələdə 500-dən çox evə ZİYAN DƏYDİ

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 500-dən çox evə ziyan dəyib.

KONKRET.az xəbər verir ki, zəlzələdə həmçinin 50 ev tamamilə dağılıb, 530 nəfər xəsarət alıb, onlardan 135 nəfər xəstəxanalara yerləşdirilib.

Xəsarət alan şəxslər əsasən əl-ayaqların sınması və bədənin zədələnməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər İranın Qərbi Azərbaycan əyalətinin Xoş şəhərində yerin 10 kilometr dərinliyində 5.4 bal gücündə zəlzələ baş verib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*