İranın hökumət mediasında Azərbaycanla bağlı geniş məqalə dərc olundubackend

İranın hökumət mediasında Azərbaycanla bağlı geniş məqalə dərc olundu

İran rəhbərinə və Ali Milli Təhlükəsizlik Şurasına ən yaxın media orqanlarından hesab olunan “Nournews”-da bu gün Azərbaycanla bağlı geniş məqalə yayımlanıb. Yazıda tır sürücüləri məsələsi, Azərbaycan mediasının Ərdəbil imam-cüməsi Amilini təhqir etməsi və Azərbaycan prezidentinin İran haqqındakı son fikirləri tənqid olunur.

KONKRET.az xəbər verir ki, məqalədə iddia olunur ki, İranın Şərq-Qərb dəhlizindəki strateji mövqeyi, Şanxay təşkilatına üzv olması Vaşinqton-Tel-Əvivi narahat etdiyi üçün Bakının “strateji səhvlərini” dəstəkləyirlər. Və hərbi güc və geosiyasi dəyişikliklər İranı “ofsayd”da qoyaraq Zəngəzur dəhlizini işə salır.

Yazıda İranı ən narahat edən məsələlərdən biri kimi də Azərbaycan-Türkiyə-Pakistan təlimləri qeyd olunur. Müəllifə görə, Türkiyə və Azərbaycanın İsraillə yaxınlığı, Pakistandakı Amerikan tendensiyaları nəzərə alındıqda, belə bir üçlü ittifaq regionun stabilliyinə konstruktivlik gətirə bilməz.

Yazının sonunda qeyd olunub ki, İran son 2 əsrdə nəinki müharibə başladıb, özü dəfələrlə aqressiya və işğalçılığın qurbanı olub, ona görə hazırkı situasiyada çox həssasdır. (müəllif: Muhəmməd Qaderi)

Mənbə: “Azad İran”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*