“İrəvan Moskvanın Azərbaycanı özündən uzaqlaşdırmamaq istəyi ilə hesablaşmalıdır” – “Ermənistanın səsi”backend

"İrəvan Moskvanın Azərbaycanı özündən uzaqlaşdırmamaq istəyi ilə hesablaşmalıdır" - "Ermənistanın səsi"

“İrəvan Moskvanın Azərbaycanı özündən uzaqlaşdırmamaq istəyi ilə hesablaşmalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Ermənistanın səsi” radiosunda yayımlanan verilişin əsas başlığı olub.

Radio-verilişdə deyilir ki, Rəsmi İrəvan nəzərə almalıdır ki, Rusiya çoxmilyonlu Azərbaycandan imtina etməyəcək. Ancaq buna baxmayaraq, bu gün Rusiyada anti-erməni ritorikası getdikcə daha çox eşidilir.

SSRİ-nin dağılmasından sonra Ermənistanın özündə problemlər ciddi yaşandı. Rusiyadan imtina etmək üçün ermənilər hər cür bəhanə axtarırdılar. Azərbaycana qarşı isə yalanlar mediada o qədər incə bir şəkildə ortaya qoyuldu ki, ruslar, hesablamalarına görə, həmişə olduğu kimi hər zaman hər şeyi korlayan və üstəlik kəndiri özlərinə çəkən ermənilərə nifrət etməli idilər ki, bu da onlara əlavə imkanlar əldə etməyə şərait yaradacqdı.

Ermənilər ona görə narahatdır ki, Rusiya Azərbaycanla tam hüquqlu əlaqələr qurur.

Sosial şəbəkələrdə veriliş ətrafında aparılan müzakirələr də onu göstərir ki, əslində ermənilər hesab edir ki, 1994-cü ildə Rusiyanın Ermənistandakı səfiri Vladimir Stupişin vəzifəsini tərk etdikdən sonra Ermənistan Rusiya üçün “boz zonaya” çevrildi.

Ermənistan sürətlə arxa suya çevrilirdi. Bununla da bu ölkə keçmiş SSRİ-nin silikon vadisinə döndü.

Verilişdə deyilir ki, Rusiyanın bütün elitası tədricən türkofillərlə əvəz olundu. Türk maraqlarının lobbiçiliyi ilə Duma da məşğul olmağa başladı

“Hər şeydən əvvəl Rusiyanı bu illər ərzində yalnız Ermənistan deyil, rus xalqı  ilə bərabər serblər, bolqarlar, yunanlar da öz orbitinə qayıtmaqla qınamalıdır”, – deyə verilişdə vurğulanır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*