Erməni sevdası ispanların da ağlını əlindən alıb deyəsən.
KONKRET.az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə İspan parlamentinin üzvləri dünən aksiya keçiriblər. Aksiyanın şüarı “Erməni əsirlərinə azadlıq” olub.
Deputatlar və senatorlar Konqresin qarşısında toplaşaraq, Azərbaycan hökumətindən “qanunsuz” saxladığı erməni əsirləri tezliklə qaytarmağı tələb ediblər.
Xatırladaq ki, Vətən müharibəsindən sonra saxlanılan ermənilər əsir deyil, terrorçudur və bu cür aksiyalar, çıxışlar Azərbaycan rəhbərliyinin qərarını dəyişə bilməz. Azərbaycan hökuməti də, xalqı da 30 il ərzində, 44 günlük müharibə dövründə də əsl qardaşın, həqiqi dostun kim olduğunu bildi və tanıdı.
Xuraman Etibarlı
KONKRET.az
