“İsrailin hərbi rəhbərliyi “HƏMAS”la barışığın tərəfdarıdır” – Mediabackend

"İsrailin hərbi rəhbərliyi "HƏMAS"la barışığın tərəfdarıdır" - Media

“İsrailin yüksək hərbi rəhbərliyi Fələstinin radikal “HƏMAS” hərəkatı ilə atəşkəsin tərəfdarıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) təhlükəsizlik mənbələrinə istinadən yazır.

Məlumata görə, İsrail generalları hesab edir ki, bu, girovların azad edilməsini asanlaşdıracaq və orduya resursları bərpa etməyə imkan verəcək.

“Yəhudi dövlətinin hərbi rəhbərliyi belə qənaətə gəlib ki, Qəzza zolağında saxlanılan 120-yə yaxın girovun azad edilməsinə nail olmaq üçün ən təsirli üsul atəşkəsdir. Həmçinin rütbəli zabitlər də hesab edirlər ki, İsrail ordusunun bərpası üçün vaxt lazımdır və ölkənin şimalında Hizbullahla genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə sursat, silah və texnika çatışmazlığı yarana bilər”, – deyə qəzet qeyd edir.

Bundan əlavə, “HƏMAS” ilə razılaşma İsrailin Qəzzada hərbi əməliyyatlarına qarşı çıxan Livan tərəfi ilə dialoqun qurulmasına kömək edə bilər, – nəşrə adı açıqlanmayan bir neçə məmur bildirib.

Lakin hərbçilərin mövqeyi ölkənin baş naziri Benyamin Netanyahu ilə üst-üstə düşmür. İsrailli generalların yəhudi dövlətinin hökumət başçısına atəşkəslə bağlı mövqeyini birbaşa ifadə edib-etmədiyi hələki məlum deyil.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*