İsrail Suriya ərazisindəki Hizbullah məntəqələrini vurdubackend

İsrail Suriya ərazisindəki Hizbullah məntəqələrini vurdu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, Bekaa vadisinin şimalında Hizbullahın infrastrukturuna hücum edib.

KONKRET.az  xəbər verir ki,Hizbullah yaxın vaxtlarda Suriya rejiminin nəzarətində olan və Suriya silahlı qüvvələrinin idarə etdiyi keçid məntəqəsindən silah daşımağı planlaşdırıb. Silahlar Hizbullahın İrandan terrorçulara silah və vəsaitlərin ötürülməsinə cavabdeh olan 4400-cü bölməsi üçün nəzərdə tutulub. İsrail Silahlı Qüvvələri rəhbərliyi bildirilib ki, Hizbullaha silah ötürülməsinin qarşısını almaq üçün səylərini davam etdirəcək. İsrail həmçinin Suriya və Livan hakimiyyətini mülki sərhəd keçid məntəqələrinin terror məqsədləri üçün istifadəsinin qarşısını almağa çağırır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*