İsrailli ekspert Ermənistanla əməkdaşlıq imkanlarından danışdı – FOTObackend

İsrailli ekspert Ermənistanla əməkdaşlıq imkanlarından danışdı - FOTO

“Ermənistanda informasiya texnologiyaları və kibertəhlükəsizlik kimi sahələr aktiv inkişaf edir”. KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan-İsrail Beynəlxalq İctimai Forumunun həmsədri Aleksandr Zinker söyləyib. Onun sözlərinə görə, bu, uğurlu təcrübəsini bölüşə bilən İsraillə Ermənistanın əməkdaşlığı üçün geniş imkanlar açır: “Yaxın Şərq ölkəsində Ermənistanın səfirlik açması barədə verdiyi qərar iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcək”.

Ekspertin sözlərinə görə, həm turizm, həm də hava nəqliyyatı sahəsində tərəfdaşlıq fəal şəkildə qurula bilər, xüsusən də Ermənistanın turizm sektorunun inkişafı üçün böyük imkanları var.

Aleksandr Zinker parlamentlər arasında dialoqa ehtiyac olduğunu da xatırladıb. O vurğulayıb ki, parlamentlərarası dostluq qruplarının fəaliyyətində daha çox aktivliyə ehtiyac var.

O, eyni zamanda Gümrüdəki sərbəst iqtisadi zonanın yaradılması üzrə Ermənistan-İsrail layihəsinin də perspektivlərə malik ola biləcəyinə dair fikirlərini bildirib.

Xatırladaq ki, sentyabrın 19-da Ermənistan hakimiyyəti İsraildə Ermənistan səfirliyinin açılması barədə qərar elan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*