İtaliyalı parlamentari: Gənc nəslin seçkiyə marağı yüksək səviyyədədirbackend

İtaliyalı parlamentari: Gənc nəslin seçkiyə marağı yüksək səviyyədədir

İlk dəfədir Azərbaycandayam, artıq bir neçə məktəbdə təşkil olunan seçki məntəqəsinə baş çəkmişəm. Olduğumuz məntəqələrdə xüsusən də gənc nəsil arasında aktivlik müşahidə etdim. Bu çox önəmli faktordur.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu İtaliya parlamentinin nümayəndəsi Giuseppa Andrea Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar danışarkən deyib.

O qeyd edib ki, Azərbaycanda keçirilən prezident seçkilərində şəffaflıq və aktivlik çox yüksək səviyyədədir: “Demokratiyada iştirakçılığın yüksək səviyyədə olması çox önəmlidir”.

“İndiyədək hansısa pozuntu halı qeydə almamışıq”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*