Rusiya Federasiyası Omsk vilayətinin səhiyyə naziri tapılıb.
KONKRET.az-ın TASS-a istinadən verdiyi məlumata görə, mayın 7-də Bolşeukovsk rayonunda meşədə itkin düşəm nazir Alkesandr Murakpovskinin sağ-salamat tapıldığı barədə region hökumətindən bildirilib.
Onun vəziyyətinin normal olduğu, rayon xəstəxanasında müayinədən keçdiyi açıqlanıb. İlkin məlumata görə, nazir özünü yaxşı hiss edir.
Qeyd edək ki, nazir Alkesandr Murakpovski mayın 7-də ova gedib. 49 yaşlı nazir həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da yola çıxmış və geri qayıtmayıb. Nazirin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar. Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb.

